Britaniya Ukraynaya nüvə yanacağının tədarükü üçün təxminən 277 milyon dollar ayıracaq
Böyük Britaniya növbəti iki il ərzində Ukraynanın atom elektrik stansiyaları üçün nüvə yanacağının tədarükünü təmin etməyə 210 milyon funt sterlinq (təxminən 277 milyon dollar) yönəldəcək.
"Far.Az" xəbər verir ki, bu barədə Ukraynanın energetika naziri Denis Şmıqal Polşanın Qdansk şəhərində keçirilən Ukraynanın Bərpası üzrə Konfrans (URC) çərçivəsində Britaniyanın xarici işlər naziri İvett Kuper, "UK Export Finance" agentliyi və "Urenco" şirkətinin nümayəndələri ilə görüşünün yekunlarına əsasən bildirib.
"Bunlar gələcəkdə də Ukraynanın atom enerjisinin etibarlı işini təmin etməyə imkan verəcək mühüm sazişlərdir. Məhz o, Ukraynanın enerji sisteminin sabit və proqnozlaşdırıla bilən fəaliyyətinin əsasıdır", - D.Şmıqal qeyd edib.
O, həmçinin əməkdaşlığa və Ukraynanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi üzrə səylərə verdikləri dəstəyə görə britaniyalı tərəfdaşlara minnətdarlığını bildirib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













