Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb
Venesuelada zəlzələdən sonra 50 mindən çox insan itkin düşüb.
"Report" xəbər verir ki, bu barədə BMT-nin humanitar məsələlər üzrə baş katibinin müavini Tom Fletçer danışıb.
"Bu, olduqca mürəkkəb bir xilasetmə əməliyyatıdır. 50 mindən çox insan itkin düşüb, 500-dən çox insan isə ölüb, ona görə də dağıntıları təmizləmək nəhəng bir işdir", - deyə o əlavə edib.
"Agence France-Presse" (AFP) bildirib ki, hər yerdə dağılmış binalar və nəhəng dağıntı yığınları yaranıb. Ailələr hələ də dağıntılar altında qalmış ola biləcək insanları axtarmağa davam edirlər.
Venesuelada 24 iyun axşamı zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Episentrləri Yaracuy ştatında bir-birindən 10 kilometr aralıda yerləşib. Zəlzələdən sonra 214 afterşok qeydə alınıb. Son məlumatlara görə, Venesuelada 589 nəfər ölüb, təxminən 3000 nəfər yaralanıb.
Oxşar xəbərlər
3000 ailəlik nəhəng kompleksdə biznes qurmaq imkanları!
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













