Pekində baş vermiş təyyarə qəzasından sonra bir nəfərin öldüyü, 13 nəfərin xəsarət aldığı bildirilib
Çinin paytaxtı Pekində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub, 13 nəfər isə yaralanıb.
"Far.Az" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Çaoyan rayon administrasiyası məlumat yayıb.
Bildirilib ki, hadisə iyunun 26-da baş verib. Birmühərrikli ikinəfərlik yüngül idman təyyarəsi uçuş zamanı hündürmərtəbəli binaya dəyib.
"Göyərtədə yalnız pilot olub, o da həlak olub", - administrasiyanın bəyanatında bildirilib.
Qəzanın səbəbləri hələlik açıqlanmır.
İlkin məlumatlara görə, toqquşma nəticəsində hündürmərtəbəli binanın fasadının iki böyük şüşə paneli zədələnib. Xəsarət alan 13 nəfərin hamısına tibbi yardım göstərilir.
Hakimiyyət orqanları hadisənin səbəblərini araşdırır.
Oxşar xəbərlər
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
AZAL təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı anım tədbiri keçirilib
Nizami Kino Mərkəzinin yazılarla korlanmış fasadının ilkin görünüşü bərpa olunub - YENİLƏNİB-2
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













