Səfir Kərkükün İraq Türkman Cəbhəsindən olan deputatı ilə görüşüb, məktəbin açılışında iştirak edib - VİDEO
Azərbaycanın İraqdakı səfiri Nəsir Məmmədov İraqın Kərkük mühafəzəsindən olan deputat Ərşad Salehi ilə regionda ortaq fəaliyyəti müzakirə edib, daha sonra sözügedən bölgədə Məhəmməd Füzuli adına məktəbin açılışında iştirak edib.
“Report” xəbər verir ki, İraq Türkman Cəbhəsi Partiyasından olan , eyni zamanda sosial şəbəkədə yazıb.
“Azərbaycanın Bağdaddakı səfiri dəyərli Nəsir bəyi Kərkükdə qəbul etdik. Can Azərbaycanımızla Türkmaneli bölgəmiz arasında edə biləcəyimiz ortaq fəaliyyətlərimizdən danışdıq”, – iraqlı siyasətçi qeyd edib.
Bundan başqa, azərbaycanlı səfir sosial şəbəkədə Kərkük şəhərində Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasiminda iştirak etdiyini bildirib.
“M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür”, – o xatırladıb.
Bu gün Kərkük şəhərində yerləşən dahi Azərbaycan şairi Məhəmməd Füzuli adına ibtidai məktəbin açılış mərasimində iştirak etdik.
— Nasir Mammadov (@nasir_mammadov)
Qeyd edək ki, M.Füzuli adına ibtidai məktəbdə Azərbaycan dövlətinin maliyyə vəsaiti hesabına əsaslı təmir və yenidənqurma işləri görülmüşdür.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
Vətən müharibəsinin başlamasından 4 il ötür
Bakıda 6 məktəb əsaslı təmirlə bağlı köçürülüb
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













