ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb
Far.Az xəbər saytı

ABŞ "Apple" şirkətini Çinin yaddaş çiplərindən imtina etməyə çağırıb


Tramp administrasiyası Amerikanın "Apple" texnologiya şirkətini Çin istehsalçılarından yaddaş çipləri almamağa çağırıb.

"Report"un "The Wall Street Journal"a istinadən məlumatına görə, yaddaş çiplərinin çatışmazlığı "Apple" şirkətini Çin şirkətlərindən komponentlər almağı nəzərdən keçirməyə məcbur edir.

"Tramp administrasiyası bunu dəstəkləmir", - ABŞ-nin ticarət naziri Hovard Latnik bildirib. O, çip çatışmazlığını həll etməyin Amerika şirkətlərinin Çin məhsullarını alması ilə yanaşı başqa yolların da olduğunu bildirib.

Latnik qeyd edib ki, mövqe birbaşa "Apple" rəhbərliyinə çatdırılıb.

Avqustun əvvəlində "The Wall Street Journal" "Apple" şirkətinin yaddaş çipləri çatışmazlığı fonunda Çin bazarında satılan cihazlarda istifadə üçün bu ölkənin CXMT şirkətinin çiplərini sınaqdan keçirdiyini bildirib.

Şirkət həmçinin süni intellekt şirkətlərindən yüksək tələbat səbəbindən çip qiymətlərinin artması ilə izah edərək qlobal miqyasda qiymətləri artırır.

Qeyd olunur ki, Çin yaddaş çiplərinin istifadəsi "Apple" şirkətinə onların çatışmazlığını azaltmağa kömək edə bilər.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Apple" Çinin CXMT şirkətinin yaddaş çiplərini sınaqdan keçirir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər