Pərviz Şahbazov: "Qalıq yanacaqlarından imtina uğurlu keçid demək deyil"
Enerji böhranı göstərdi ki, qalıq yanacaqlarından tələsik imtina uğurlu keçid demək deyil.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-da (BCAW 2026) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, son enerji böhranı və elektrifikasiya, rəqəmsallaşma, süni intellekt, həmçinin məlumat mərkəzləri hesabına artan tələbat göstərib ki, qalıq yanacaqlarından tələsik imtina uğurlu enerji keçidi demək deyil: "Əsas məsələ optimal tempdə bütün ətraf mühit narahatlıqlarını həll etməyə qadir olan təmiz, təhlükəsiz və davamlı enerji sistemini qurmaqdır. Bu yeni reallıqda yeni generasiya gücləri ilə yanaşı, elektrik şəbəkələrinin inkişafı, enerjinin saxlanılması (batareya sistemləri), enerji effekti və şəbəkələrarası əlaqələrin (interkonnektorların) yaradılması da eyni dərəcədə əhəmiyyətlidir".
Nazir qeyd edib ki, Azərbaycanın COP29 sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər də məhz bu yanaşmaya əsaslanırdı: "Bu günə qədər 74 ölkə Qlobal Enerji Saxlanması və Şəbəkələr Öhdəliyinə, 70 ölkə Hidrogen Bəyannaməsinə, 64 ölkə isə Yaşıl Enerji Öhdəliyinə qoşulub".
Oxşar xəbərlər
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
"Qarabağ" ingilislərə ŞOU GÖSTƏRDİ - Dünya bizdən DANIŞIR
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Fransa Senatı polisin silah tətbiqinə dair qanun layihəsini təsdiqləyib
-
İsrail ordusu ən yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi: Yeni hücum gözlənilir
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb













