ASAN könüllüləri IDEA ilə birlikdə "Yaşıl dağ" aksiyasını təşkil ediblər
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində 7-ci "Yaşıl dağ" ekoloji-sosial aksiyası təşkil olunub.
Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Şamaxı "ASAN Həyat" kompleksində baş tutan tədbir ASAN könüllülərinin "Yaşıl ASAN" ekoloji proqramının, IDEA İctimai Birliyinin və "Azərsun Kağız və Karton İstehsalat Korporasiyası"nın birgə təşkilatçılığı ilə keçirilib.
Məqsəd kağız tullantılarının təkrar emalını təşviq etməklə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına dəstəkdir.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, müxtəlif rayonların ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Aksiyada 200 tondan çox kağız tullantıdan hazırlanmış "Yaşıl dağ" təqdim edilib. Burada ASAN könüllülərinin və məktəblilərin tullantılardan hazırladığı əl işləri və mədəniyyət guşəsi nümayiş etdirilib, eləcə də müxtəlif musiqi nömrələri səsləndirilib.
7-ci "Yaşıl dağ" ekoloji-sosial aksiyasına Azərbaycanın 30-dan çox şəhər və rayonundan olan idarə və təşkilatlar, vətəndaşlar, məktəblilər qoşulublar.
Proqram çərçivəsində 11 il ərzində 2400 tondan çox kağız tullantısı təkrar emala göndərilib və nəticədə 40.800-dən çox ağacın kəsilməsinin qarşısı alınıb, 600-dən çox ekoloji istiqamətdə layihə, 200-dən çox təmizlik və ağacəkmə aksiyası baş tutub.
Oxşar xəbərlər
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
"SOCAR Könüllüləri"nin Məzun Günü və müsabiqəsi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
1Password parol idarəetmə platforması kiberhücuma məruz qalıb
-
Polis "Sabah" – "Barselona" oyunu ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparıb
-
Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər
-
İraq ordusu ölkənin şimalında qüvvələrini yenidən dislokasiya edir
-
Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR
-
Rusiyada neft emalı son 20 ildən artıq dövrün ən aşağı səviyyəsinə düşüb













