Böyük Britaniyadakı Azərbaycan tələbə təşkilatları parlamentarilərə Anım Günü ilə bağlı müraciət ünvanlayıblar
Böyük Britaniyada fəaliyyət göstərən Azərbaycan tələbə təşkilatları 27 Sentyabr – Anım Günü ilə bağlı Böyük Britaniya Parlamentinin üzvlərinə müraciət ünvanlayıblar.
Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, müraciətdə Anım Gününün xalqımız üçün tarixi və mənəvi əhəmiyyəti qeyd olunub, ölkəmizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi ehtiramla yad edilib. Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri, Xocalı soyqırımı, 44 günlük Vətən müharibəsi, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, minalardan təmizləmə prosesi və "Böyük Qayıdış"a dair I Dövlət Proqramı barədə məlumat verilib.
Həmçinin gənclərin gələcək nəsillərin müharibə və qarşıdurmadan uzaq, təhlükəsiz şəraitdə formalaşmasına mühüm töhfə verə biləcəyi vurğulanıb. Bu çərçivədə dialoq, humanitar təşəbbüslər, akademik və mədəni mübadilələrin davam etdirilməsinin, eləcə də Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunmasına yönəlmiş beynəlxalq səylərin əhəmiyyəti diqqətə çatdırılıb.
Təşəbbüs Qlazqo, Aberdin, Edinburq, Mançester, Esseks, Şahzadə Meri Universiteti, Bristol və Vorvik universitetlərində fəaliyyət göstərən Azərbaycan tələbə cəmiyyətlərinin iştirakı ilə həyata keçirilib. Kampaniya Azərbaycan həqiqətlərinin və Anım Gününün mahiyyətinin Böyük Britaniya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Haaqada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tanınmış rəqqas Nicat Azadlı xanımına şiddət göstərdi - Polis araşdırma aparır
-
Fransada məktəblərdə ETİRAZ - 100-dən çox təhsil müəssisəsinə ziyan dəyib
-
Bakının iki rayonunda işıq kəsiləcək
-
Hikmət Hacıyev: Hazırda Bakı ilə Moskva arasında münasibətlər sabitdir
-
Ayxan Abbasov: Vəziyyətdən çıxmağın yolu Litva ilə oyunda qələbə qazanmaqdır
-
Elşən Həsənov: Azərbaycanda kiber ordu ilə bağlı müəyyən institusional fəaliyyət mövcuddur













