Azərbaycanda "yaşıl investisiya" risklərinin sığortalanması müzakirə edilib
İnvestisiya və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC) və Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus "SOCAR Green" MMC bərpa olunan enerji sahəsində əməkdaşlıq imkanlarını, o cümlədən "yaşıl investisiya"ların cəlb edilməsi və Azərbaycanda layihələrin maliyyələşdirilməsi zamanı risklərin azaldılması üçün sığorta alətlərinin tətbiqi məsələsini müzakirə ediblər.
"Far.Az" ICIEC-ə istinadən xəbər verir ki, müzakirələr Azərbaycanda səfərdə olmuş korporasiyanın baş direktoru Xalid Xələfalla və "SOCAR Green"in baş direktoru Elmir Musayevin görüşündə baş tutub.
Tərəflər potensial tərəfdaşlıq istiqamətlərini, o cümlədən ICIEC-nin siyasi risklərdən və ödəniş öhdəliklərinin yerinə yetirilməməsi risklərindən sığortalanma alətlərinin tətbiqini nəzərdən keçiriblər. Bu, investisiyaların səfərbər edilməsi, layihə risklərinin azaldılması və banklar tərəfindən "yaşıl layihə"lərin maliyyələşdirilməsi dayanıqlığının artırılmasına imkan verəcək.
ICIEC-dən qeyd ediblər ki, əməkdaşlıq Azərbaycanın bərpa olunan enerjinin inkişaf prioritetlərinə və SOCAR-ın ekoloji strategiyasına uyğundur.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Green Energy Corridor Power Company"ə yeni rəhbər təyin olunub
-
Türkiyə MMN "X"də Azərbaycanda keçirilən hərbi təlimdən videoçarx paylaşıb
-
Azərbaycanda toyda kütləvi zəhərlənmə
-
Slovakiya və Azərbaycan müdafiə sənayesində yeni razılaşmaları müzakirə edir - EKSKLÜZİV
-
Xorvatiya və Azərbaycan iqtisadi tərəfdaşlığı konkret layihələrə çevirmək niyyətindədir
-
Zığ şosesində yük maşını aşdı: Yol bağlandı












