Fransada Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib
Far.Az xəbər saytı

Fransada Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib


Fransanın paytaxtı Parisdə fəaliyyət göstərən Xurşidbanu Natəvan adına həftəsonu Azərbaycan məktəbində Yeni il bayramı qeyd edilib.

"Far.Az"un yerli bürosu bildirir ki, tədbirdə azərbaycanlı uşaqlar Azərbaycanın Dövlət himnini oxuyub, ana dilimizdə şeirlər söyləyib və mahnılar oxuyublar.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Fransadakı səfiri Leyla Abdullayeva ana dilimizi öyrənməyə böyük səy və həvəs göstərən balacaları təbrik edib və azərbaycanca söylədikləri şeirləri və nəğmələri yüksək dəyərləndirib. Səfir şagirdlərə Azərbaycan, onun tarixi, mədəniyyəti, dəyərlərini öyrənməyə göstərdikləri böyük həvəs və istəklərin alqışlayıb və beləcə davam etməyi məsləhət görüb.

Tədbir zamanı kiçik məktəblilərin əsərlərindən ibarət rəsm sərgisi də nümayiş olunub.

Qeyd edək ki, Natəvan adına məktəbdə Azərbaycan dili, musiqi, rəsm dərsləri tədris olunur. Məktəbdə 15-ə yaxın şagird təhsil alır.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Parisdə Azərbaycan məktəbi yeni tədris ilinə başlayıb
Özbəkistanın mədəniyyət naziri: Xalqlarımızı birləşdirən fundamental dəyər mədəniyyətdir - MÜSAHİBƏ
Leyla Abdullayeva Fransadakı tələbələri Azərbaycan həqiqətlərini çatdırmağa çağırıb
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər