Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışıb
Far.Az xəbər saytı

Tokayev təyyarə qəzası ilə bağlı Putinlə telefonla danışıb


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə “Far.Az” “Akorda”ya istinadən xəbər verir.

Dövlət başçıları Aktau şəhəri yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində Qazaxıstan və Rusiya vətəndaşlarının faciəli şəkildə həlak olması ilə əlaqədar bir-birinə başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıblar.

Tokayev və Putin qəzanın səbəblərini müəyyən etmək üçün tərəflərin gördüyü işləri müzakirə ediblər. Tokayev bildirib ki, Qazaxıstanın Hökumət Komissiyası Azərbaycan, Rusiya və Braziliyadan olan mütəxəssislərin iştirakı ilə araşdırma aparır.

Prezidentlər aparılan istintaq-əməliyyat tədbirləri çərçivəsində hərtərəfli və şəffaf istintaqın təmin edilməsinin vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər

AZAL-ın Baş Kommersiya İnzibatçısı: “Bilet qiyməti heç də hər zaman aviaşirkətdən asılı deyil”-MÜSAHİBƏ
Ceyhun Bayramov: Təyyarə qəzasının səbəbləri ciddi və hərtərəfli şəkildə müəyyənləşdirilərək elan olunmalıdır - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Yerində göstərilən reaksiya: Azərbaycan və Qazaxıstan təyyarə qəzası zamanı necə davrandı?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər