Yəməndə qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb
Far.Az xəbər saytı

Yəməndə qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb


Yəmənin Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda ölənlərin sayı 15 nəfərə çatıb, azı 67 nəfər xəsarət alıb.

“Far.Az” xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan SABA agentliyi Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

“Al Mashhad” portalının məlumatına görə, Əz-Zahir rayonunun Əl-Məcriş bölgəsində dörd qazdoldurma qurğusu partlayıb. Yaralıların sayı 70 nəfəri keçib, onlar tibb müəssisələrinə yerləşdirilib. “Əs-Saura” xəstəxanası çoxsaylı yaralılar səbəbindən yerli sakinləri qan verməyə çağırıb.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi Əl-Beyda əyalətində qazdoldurma stansiyasında baş vermiş partlayışda azı səkkiz nəfərin öldüyünü, 60 nəfərin xəsarət aldığını bildirmişdi.

Oxşar xəbərlər

Payız-qış mövsümü ilə bağlı qrip əleyhinə vaksinasiyaya başlanılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycanda qan banklarının siyahısı yenilənib
Husilər Amerikanın “MQ-9 Reaper” dronunu məhv etdiklərini açıqlayıblar
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər