Qubadlıda yanğın baş verib - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qubadlı rayonu Mirlər, Göyyal, Hərtiz və Seləli kəndləri istiqamətində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Far.Az-ə nazirliyin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri çağırış üzrə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının, əsasən kol-kos və quru otdan ibarət açıq sahədə baş verdiyi və yaxınlıqdakı meşə zolağına keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın geniş sahəyə yayılmasına, o cümlədən sıx meşəlik əraziyə keçməsinə imkan verilmədən söndürülüb.
Far.AzOxşar xəbərlər
Qubadlıda yanğın olub, alovun meşəlik əraziyə keçməsinə imkan verilməyib - VİDEO
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Yasamalda onbirmərtəbəli yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi - FOTO/VİDEO
Bakıda binada yanğın, tüstülənmiş evlərdən sakinlər təxliyə olunub
Naxçıvanda ot bağlaması və avtomobilin yük hissəsi yanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Göygöldə birgəyaşayış mədəniyyətinə həsr olunan regional konfrans keçirilir
-
Ofeliya Sənani bu səbəbdən xəstəxanaya yerləşdirildi
-
Qaxda yol qəzasında 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb
-
Deputat: Azərbaycanın suverenliyi heç vaxt müzakirə mövzusu ola bilməz
-
Azərbaycan və Böyük Britaniya rəqəmsal transformasiya üçün yol xəritəsi hazırlayacaq
-
İcra hakimiyyətindəki korrupsiya işində yeni qərar: Sabiq məmura cəza verildi













