Falçıdan gələcəyini öyrənmək istəyən qadın 1 milyonundan oldu
Rusiyanın Yeysk şəhərindən olan iş qadını tarot falı baxdırdıqdan sonra 1,2 milyon rublundan (təqribən 22 min 750 manat) olub.
Far.Az xəbər verir ki, bu barədə "SHOT" teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, 49 yaşlı qadın internetdə falçı tapıb və ona gələcəklə bağlı suallar verib. Samara vilayətindən olan ekstrasens kart oxumaq üçün bir neçə min rubl istəyib.
Video zəng zamanı tarot oxucusu müştəriyə onu nələrin gözlədiyini söyləyib. Bundan əlavə, o, qadını razı salmağı bacarıb ki şəxsi məlumatlarını telefon vasitəsilə göstərsin.
"Və onun bütün əmanətləri sehrli şəkildə hesabından yoxa çıxdı - 1 milyon 200 min rubl", - deyə nəşr yazıb.
Falçıya qarşı külli miqdarda oğurluq maddəsi ilə cinayət işi açılıb. Onun əvvəllər məsuliyyətə cəlb olunmadığı məlum olub. Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbətində o, törətdiyi əməli etiraf edib və şəhəri tərk etməmək barədə yazılı öhdəlik götürüb.
Dələduzluğa uğrayan qadın isə daha əvvəl - 2016-cı ildə oxşar vəziyyətlə üzləşibmiş.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Məşhur cütlüyün 1 milyarddan çox dəyəri olan əmlakı dövlətə keçir - Lüks villalar, maşınlar və…
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ruben Vardanyanın votsapda və teleqramda apardığı gizli danışıqlar məhkəmə zalında nümayiş etdirilib
Rusiyanın 2025-ci il büdcə kəsiri 10 milyard dolları keçəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ohayo ştatında baş verən atışmada bir neçə nəfər yaralanıb
-
Hindistanda saxta spirtli içkiyə görə mindən çox şəxs xəstəxanaya yerləşdirilib - Yenilənib
-
Türkiyədə baş verən zəncirvari qəzada bir nəfər ölüb, 10 nəfər xəsarət alıb
-
"Real Madrid" səfərdə "Selta" üzərində qələbə qazanıb
-
Virciniyada yarım əsrdən sonra ilk dəfə qızılca xəstəliyindən bir uşaq ölüb
-
WSJ: ABŞ-nin daxili təhlükəsizlik nazirinə müsahibə vermək qadağan edilib













