Aprelin ortalarından sonunadək güclü Lirid meteor yağışı müşahidə ediləcək
Aprelin ortalarından sonuna qədər güclü Lirid meteor yağışı müşahidə ediləcək.
Bu barədə Far.Az-ə BDU-nun Astrofizika kafedrasından bildirilib.
Qeyd edilib ki, Lirid meteor axınının maksimumu aprelin 22-də, Bakı vaxtı ilə saat 22:04-də olacaq. Bu zaman saatda 18-20 meteorun müşahidə ediləcəyi gözlənilir.
Lirid meteor seli bəzən gözlənilməz aktivlik artımı ilə müşahidəçiləri heyrətləndirir. Belə hallarda saatda 100 meteor müşahidə edilə bilər – bu cür aktivlik 1803, 1922, 1945, 1982 və 1985-ci illərdə qeydə alınıb. Belə aktivlik artımlarını əvvəlcədən dəqiq proqnozlaşdırmaq çətindir, lakin məhz bu qeyri-müəyyənlik Liridləri çox maraqlı müşahidə obyektinə çevirir.
Bakıda meteor seli qeyd edilən günlərdə hər axşam saat 20:18-dən sonra müşahidə edilə bilər. Meteor yağışının radiantı (mənbəyi) ən yüksək nöqtəsinə sübh açıldıqdan sonra – təxminən 05:00-da çatacaq. Buna görə də ən yaxşı müşahidə şəraiti sübhə yaxın saatlarda yaranacaq. Yerin fırlanması səbəbindən həmin vaxt Bakı gələn meteorların hərəkəti istiqamətində olacaq, bu da maksimum sayda meteor müşahidə etməyə imkan verəcək. Bakıda radiant nöqtəsi maksimum 83° yüksəklikdə olacaq. Bu zaman saatda təxminən 17 meteor müşahidə edilə bilər.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Yaxın günlərdə meteor yağışı gözlənilir
Mart ayına olan hava proqnozu AÇIQLANDI
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Martın 15-i keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub
-
Bahar Muradova: "Qadınların şəhərsalmada iştirakı keyfiyyətli quruculuğunun vacib şərtidir"
-
Türkiyə ilə Böyük Britaniya arasında tərəfdaşlıq haqqında sənəd imzalanıb
-
"Sabah" - "Qarabağ" oyununda baş hakimin qərarlarının doğru olduğu təsdiqlənib
-
BRAVO: 10 İlin Parıltısı
-
Tehran geri addım atmır: Danışıqlar donduruldu, ABŞ-yə şərt irəli sürüldü













