Şabranda avtomobil körpüdən dəmir yolu xəttinə aşaraq yanıb, sürücü və sərnişin ölüb - YENİLƏNİB-1 - VİDEO
Şabranda yol qəzasında ölənlərin kimliyi məlum olub.
APA xəbər verir ki, Bakı-Quba yolunun 104-cü km-də, Şabran rayonunun Ağbaş kəndi ərazisində yük avtomobilinin körpüdən dəmir yolu relslərinin üzərinə düşməsi nəticəsində yanaraq ölənlər Naxçıvan Muxtar Respublikasının sakinləri, avtomobilin sürücüsü 39 yaşlı Rəşid Əskərov və 18 yaşlı İnşallah Məhərrəmovdur.
Onların qohum olduğu bildirilir.
Hadisə barədə FHN də məlumat yayıb.
Məlumata görə, Siyəzən rayonunda "Mercedes" markalı yük avtomobilində yol-nəqliyyat hadisəsi nəticəsində yanğın baş verib. Yanğın nəticəsində avtomobilin kabinəsi yanıb. Yanğın zamanı avtomobildə 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Cəfər Talıb
***
09.30
Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, avqustun 29-u səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində "DAF" markalı yük avtomobilinin sürücüsü idarəetməni itirib və avtomobil körpüdən aşıb.
Qəza nəticəsində avtomobilin ön hissəsi yanıb, sürücü və sərnişin aldığı xəsarətlərdən hadisə yerində ölüb
.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
08:55
Bu gün saat 04:00-da Qızılburun-Gilgilçay istiqamətində hərəkət edən yük avtomobili idarəetməni itirərək körpüdən aşıb və dəmir yolu xəttinin üzərinə düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, hadisə nəticəsində yanğın baş verib, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə briqadası dərhal hadisə yerinə cəlb edilib və yanğın qısa müddət ərzində söndürülüb.
Hadisənin baş verdiyi vaxt həmin sahədə qatarlar hərəkətdə olmayıb. Hazırda yük maşınının sahədən götürülməsi üçün tədbirlər görülür və dəmir yolu infrastrukturuna dəymiş ziyan müəyyənləşdirilir.
İlkin araşdırmalara əsasən dəmiryol xəttinin kontakt şəbəkəsi ciddi zədələnib və hazırda həmin istiqamət üzrə qatarların hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində sürücü həyatını itirib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Oxşar xəbərlər
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
Allahverdi Əsədov: Qarabağ müharibəsindən çəkdiyim kasetlər məhv olmaq üzrədir, yiyə duran yoxdur - MÜSAHİBƏ
Zorakılıq qurbanlarını necə mühafizə edək? - ARAŞDIRMA
Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB-4
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Qarabağ" Türkiyə klubunda çıxış edən hücumçu ilə maraqlanır
-
Qadının üzərinə benzin töküb yandıran sevgilisi: "Ona başqası ilə ailə həyatı qurmaq istədiyimi bildirdim"
-
İrəvandan Qarabağa qədər silinən tarix: mədəni irsə qarşı uzunmüddətli siyasət - ŞƏRH
-
Sumqayıt sakinlərinin NƏZƏRİNƏ
-
Azərbaycan iyunda Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi edəcək
-
Livitt: Tramp İranla atəşkəs üçün vaxt çərçivəsi müəyyən etməyib













