84 miqrant üzərək Mərakeşdən İspaniyaya keçdi
Mərakeşdən İspaniyanın Şimali Afrikadakı Seuta anklavına üzərək keçməyə çalışan 84 miqrant qeydə alınıb.
Far.Az xarici mediaya istinadən xəbər verir ki, onların arasında 54 uşaq da olub. Bəzi şəxslər sahil mühafizəçiləri tərəfindən xilas edilsə də, əksəriyyəti öz gücü ilə sahilə çıxmağı bacarıb.
Miqrantlar müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilib. Artan miqrasiya təzyiqi səbəbilə Seuta rəhbərliyi İspaniya hökumətindən dəstək istəyib.
Qeyd edək ki, Seuta və Melilya Avropa İttifaqının Afrikadakı quru sərhədləridir. Bu bölgələrdə miqrantların keçmək cəhdləri tez-tez yaşanır.
İspaniyada bəzi hallarda miqrantlar ölkələrinə geri qaytarılır, digərləri isə müvəqqəti mərkəzlərdən sonra sərbəst buraxılır. Ölkədə qeyri-qanuni miqrantlara qanuni status verilməsi və miqrasiya siyasəti isə cəmiyyətdə fərqli reaksiyalar doğurur.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Amerika arzusu kabusa çevrilir: Azərbaycanlı miqrantları nə gözləyir ?- ARAŞDIRMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
Axios: ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
-
Alyona Əliyeva "Heydər Əliyev və Azərbaycan tarixi" X ümumrespublika bilik yarışından paylaşım edib
-
Genuya hava limanı PUA-lara görə işini dayandırıb
-
Qızılın qiyməti 2025-ci ilin sentyabrından sonra ilk dəfə 3 600 dollardan aşağı düşüb – Yenilənib
-
Quba Soyqırımı Muzeyi "Bağ-park, monumental və xatirə abidələri" siyahısına daxil edilib













