Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmən limanına zərbələr endirib - YENİLƏNİB
Səudiyyə Ərəbistanı məhdud hərbi əməliyyat çərçivəsində çərşənbə axşamı səhər erkən saatlarda Yəmənin Hədraməvt əyalətindəki liman şəhəri Əl-Mükəllaya zərbələr endirib.
"Report"un SPA-ya istinadən məlumatına görə, zərbələrin hədəfi Fuceyrədən (BƏƏ) gələn iki gəmi olub.
Koalisiyanın məlumatına görə, həmin gəmilər Cənub Keçid Şurasının (CKŞ) qüvvələrinə böyük partiya silah və hərbi texnika çatdırıb.
Hərbçilərin bəyanatında qeyd olunub ki, təhlükəsizlik və sabitliyə yaranan təhdid nəzərə alınaraq, koalisiyanın hərbi hava qüvvələri Əl-Mükəlla limanında həmin gəmilərdən boşaldılan silah və döyüş maşınlarına qarşı məhdud əməliyyat keçirib.
Səudiyyə hərbçiləri vurğulayıblar ki, hücum yan zərərləri istisna etmək və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə gecə vaxtı həyata keçirilib.
Bundan əvvəl Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birləşmiş koalisiya Hədraməvtdə məhdud hərbi əməliyyatın başladığını elan etmiş və mülki şəxsləri Əl-Mükəlla limanı ərazisindən təxliyə olunmağa çağırmışdı.
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birləşmiş koalisiya Cənub Keçid Şurasının qüvvələri tərəfindən Əl-Mükəlla limanının ələ keçirilməsi fonunda Yəmənin Hədraməvt vilayətində məhdud hərbi əməliyyatın başlanıldığını elan edib.
"Report"un məlumatına görə, müvafiq bəyanatı SPA yayıb.
"Biz mülki şəxslərin təhlükəsizliyini təmin etmək üçün onları Əl-Mükəlla limanı ərazisindən təxliyəyə çağırırıq", – koalisiyanın bəyanatında qeyd olunub.
Oxşar xəbərlər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
BƏƏ Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













