KİV: Ermənistan konyaklarının 90 %-nin təhlükəli olduğu aşkarlanıb
Rusiya mağazalarında satılan erməni konyaklarının demək olar, 90 %-nin təhlükəli olduğu ortaya çıxıb, eyni zamanda məhsulların yarısında üzümdən hazırlanmayan spirtlər var.
“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə "Antikontrafakt” beynəlxalq assosiasiyası, Rusiya Federasiyasının Konyak, Spirtli içkilər və Alkoqollu Məhsullar İstehsalçıları İttifaqının birgə araşdırmasında deyilir.
Tədqiqat üçün Ermənistanın 10 ən böyük istehsalçısından 20-dən çox brendin 200 konyak nümunəsi götürülüb. Nümunələr Rusiyanın əksər federal pərakəndə satış şəbəkələrinin mağazalarında alınıb, analiz üçün Ümumrusiya Pivə, Alkoqolsuz və Şərabçılıq Sənayesi Elmi-Tədqiqat İnstitutunun müstəqil laboratoriyasına təqdim edilib.
"Onlardan 177-də, yəni 89 %-də, 10 nümunədən 9-da pozuntular aşkar edilib. Demək olar yarısında isə qeyri-üzüm mənşəli spirtlər aşkarlanıb. Üzüm mənşəli spirtlər isə içkini konyak edən məhz budur. Yalnız 23 nümunənin dövlət standartlarına və Rusiya Federasiyasının qanunvericiliyinə tam uyğun olduğu ortaya çıxdı", - araşdırmada deyilir.
Oxşar xəbərlər
Rusiyada satılan Ermənistan konyaklarında təhlükə aşkarlanıb
İxtisaslarını yaxşı bilən müəllimlərin başağrısına çevrilən kurikulum: Problem nədədir?
Paşinyanın Ermənistana töhfəsi - işsizlik pik həddə çatıb - ŞƏRH
Forpostun beş adaxlısı - FOTO - TƏHLİL
Rəşad Məcid: Rusiya Erməniləri İttifaqının Bakıda səfərdə olan Prezident Putinə müraciəti acizlik əlamətidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.05.2026)
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb - YENİLƏNİB
-
San-Pauloda baş verən partlayış yaşayış binalarına ziyan vurub
-
Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.05.2026)













