Fariz Cəfərov: "ChatGPT"nin Azərbaycan dilində cavab vermək dəqiqliyi artacaq"
"ChatGPT"nin Azərbaycan dilində cavabvermə imkanları getdikcə təkmilləşir və gələcəkdə daha da inkişaf edəcək.
Bunu "Far.Az"a açıqlamasında İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov bildirib.
Onun sözlərinə görə, hazırda "ChatGPT" Azərbaycan dilində tam işlək vəziyyətdədir və zaman keçdikcə daha da mükəmməlləşir: "ChatGPT" artıq kifayət qədər yüksək səviyyədədir. Əvvəllər süni intellekt həlləri öyrənmə mərhələsində idi. Zamanla verilən suallar və dil nümunələri əsasında sistem özünü təkmilləşdirir. İstifadə zamanı görünür ki, kifayət qədər ədəbi və bədii dildə çox yaxşı cavablar verir".
F.Cəfərov bildirib ki, süni intellektin əsas xüsusiyyəti universallığıdır, lakin bu, eyni zamanda müəyyən məhdudiyyətlər də yaradır: "Bəzi hallarda ‘hallüsinasiya" deyilən vəziyyət yaranır. "ChatGPT" və bu tip süni intellekt həllərini çaya bənzətmək olar – çayın mövcud olması üçün mənbə lazımdır. Əgər su yoxdursa, çay da yoxdur. Eyni şəkildə, sistemin cavablarının keyfiyyəti onun qidalandığı məlumat bazasından asılıdır. Azərbaycan dilində və yerli mənbələrdə data nə qədər çox olarsa, "ChatGPT"nin Azərbaycan dilində cavab vermək dəqiqliyi və təkmilliyi də bir o qədər artacaq".
O qeyd edib ki, artıq bir çox beynəlxalq platformalar da Azərbaycan dilini dəstəkləməyə başlayıb: "Google" şirkəti açıqlayıb ki, "Gemini" artıq Azərbaycan dilində suallara cavab verir. Əvvəllər bəzi hallarda sistemlər Azərbaycan dilində cavab vermədiyini bildirirdi, lakin indi bir çox süni intellekt həlləri bu dili dəstəkləyir".
İcraçı direktor vurğulayıb ki, yerli rəqəmsal kontentin və məlumat bazasının genişləndirilməsi süni intellekt sistemlərinin Azərbaycan dilində daha dəqiq və keyfiyyətli işləməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Fatimə Bağırova
Oxşar xəbərlər
"Süni intellektin mediada tətbiqi" mövzusunda seminarlara başlanılıb
MEDİA "Süni intellektin mediada tətbiqi" mövzusunda seminar keçirib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
2025-ci il: Texnoloji tərəqqi və süni intellektin təkamülü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Vüsal Qasımlı: Ötən il TDT ölkələrinin ümumi ticarət dövriyyəsi 1,3 trilyon dollardan çox olub
-
CNN: Ağ Evdə İranla bağlı konsensusa gələ bilmirlər
-
Sular üzərində qurulan möcüzə
-
"Əl-Nəsr" Asiya turnirinin finalında "Qamba"ya məğlub olub
-
Azərbaycan Ordusunda silah və texnika yaz-yay mövsümü istismarı rejiminə keçirilib
-
FHN-də WUF13-lə bağlı Qərargah və işçi qruplar yaradılıb













