Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib
Far.Az xəbər saytı

Kamala Harris Donald Trampla “Fox News”-un efirində debatdan imtina edib


Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bildirib ki, onun demokrat rəqibi, ABŞ-nin vitse-prezidenti Kamala Harris sentyabrın 4-də “FOX” televiziyasında keçiriləcəyi planlaşdırılan seçki debatında iştirakdan imtina edib.

APA xəbər verir ki, Tramp bu barədə “Truth social” platformasında yazıb.

“Kamala Harris indicə bizə bildirdi ki, “Fox News”-un efirində debatda iştirak etməyəcək”, - Ağ Evin sabiq rəhbəri vurğulayıb.

Tramp qeyd edib ki, hadisələrin bu cür inkişafı onu təəccübləndirmir.

Keçmiş prezident debat əvəzinə, eyni tarixdə “Fox News”-da seçicilərin suallarını cavablandıracağını bildirib.

Oxşar xəbərlər

Harris Trampla debata çıxmaqdan imtina etdi
Tramp demokratları ABŞ tarixinin ilk çevrilişində günahlandırıb
Vens Trampın xarici siyasətinin prioritetini açıqlayıb
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
“Vətəndaş cəmiyyəti uğrunda” koalisiya seçkilərlə əlaqədar aralıq hesabatını təqdim edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər