Narendra Modi və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər
Far.Az xəbər saytı

Narendra Modi və Məsud Pezeşkian regiondakı vəziyyəti müzakirə ediblər


Hindistanın Baş naziri Narendra Modi ilə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.

"Far.Az" xəbər verir ki, N. Modi bu barədə "X"dəki hesabında yazıb.

Onun sözlərinə görə, M. Pezeşkianla söhbət əsnasında regiondakı vəziyyət müzakirə edilib. "Gərginliyin artmasından və mülki şəxslərin həyatını itirməsindən, eləcə də mülki infrastruktura dəyən ziyandan dərin narahatlığımı ifadə etdim" , - Modi bildirib.

Telefon danışığı zamanı Hindistan vətəndaşlarının təhlükəsizlik və mühafizəsi, maneəsiz tranzit ətrafında fikir mübadiləsi aparılıb.

Modi dialoq və diplomatiya çağırışı edib.

Oxşar xəbərlər

Azercell-in kibertəhlükəsizlik komandası "CIDC-2025 – Critical Infrastructure Defence Challenge" yarışında böyük uğur qazandı!
Braziliya, Polşa, Çin, Nepal, Hindistan, BƏƏ, Fransa və Tunis vətəndaşları Azərbaycana təxliyə olunub
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Bütün dünya İranın Azərbaycana dron hücumunu qınayır - XÜLASƏ
Azərbaycan vətəndaşlarının Ciddədən Bakıya təhlükəsiz təxliyəsi həyata keçirilib - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər