İranda Qüds Günü yürüşü zamanı partlayış olub
Far.Az xəbər saytı

İranda Qüds Günü yürüşü zamanı partlayış olub


Tehranda Qüds Günü yürüşünün keçirildiyi ərazidə partlayış baş verib.

"Far.Az" xəbər verir ki, bununla bağlı "Haber Global" məlumat yayıb.

Həmin vaxt Tehran sakinləri şəhərin əsas küçələrində toplaşaraq İran bayraqları ilə Tehran Universiteti istiqamətində yürüş keçirirdilər.

Bildirilib ki, İsrail ordusu Tehranda insanların etiraz aksiyası üçün toplandığı əraziyə təxliyə xəbərdarlığı edib.

Açıqlamadan qısa müddət sonra isə İran dövlət mediası Tehranda Qüds Günü yürüşünün keçirildiyi ərazidə partlayış baş verdiyini açıqlayıb.

Xatırladaq ki, "Müqəddəs Qüds" günü hər il Ramazan ayının sonuncu cümə günü keçirilir.

Onun təşəbbüskarı İslam Respublikasının banisi ayətullah Ruhulla Xomeyni olub. Tədbirin hədəfi Fələstin xalqı ilə həmrəliyi nümayiş etdirməkdir. "Müqəddəs Qüds" günü 1979-cu il fevral inqilabından sonra hər il keçirilir.

Oxşar xəbərlər

180-ə yaxın ölkədən qədim əşyaların toplandığı əntiq mağazadan fotoreportaj
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb
İstanbulda soydaşlarımız üçün Ramazan ayı münasibətilə iftar mərasimi təşkil edilib
Nyu-Yorkun "Times" meydanında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər