Naxçıvanın Ombudsmanı: İqlim dəyişmələri ciddi insan hüquqları problemidir
İqlim dəyişmələri ciddi insan hüquqları problemidir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkiliyinin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, bu sözləri oktyabrın 2-də Azərbaycan Respublikasının İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyi və İnsan Hüquqları: Ombudsman və Milli İnsan Hüquqları İnstitutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumunda Naxçıvan Muxtar Respublikasının Ombudsmanı Günay Rzayeva bildirib.
Ombudsman qeyd edib ki, iqlim dəyişmələri yalnız ekoloji və ətraf mühit məsələsi deyil, bu, ciddi insan hüquqları problemidir. Bu baxımdan iqlim dəyişikliyinə uyğunlaşmaq və onun təsirini azaltmaq cəmiyyətlər daxilində yüksək səviyyədə koordinasiya tələb edir.
Qeyd edək ki, Forumda Ombudsman aparatının əməkdaşları da iştirak edib.
Oktyabrın 3-də Forum iştirakçıları işğaldan azad edilmiş ərazilərə səfər edəcək.
Oxşar xəbərlər
XİN başçısı BMT BA-nın 79-cu sessiyasında çıxış edib - YENİLƏNİB
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ombudsmanların Beynəlxalq Bakı Forumu çərçivəsində iqlim dəyişikliyi və insan hüquqları müzakirə olunub
“COP29 üçün effektiv kommunikasiya strategiyaları” mövzusunda media seminarı keçirilib - YENİLƏNİB
Naxçıvanda Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Maçado: ABŞ Venesuelada seçkilərin 2027-ci ildə keçirilməsini təklif edib
-
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
-
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
-
Mehriban Əliyeva "Qağayı" tamaşasının təqdimatında iştirak edib













