Məsud Pezeşkian Makronla telefon danışığının detallarını açıqlayıb
İran Prezidenti Məsud Pezeşkian fransalı həmkarı Emmanuel Makron telefon danışığının detallarını açqıalyıb.
"Report" xəbər verir ki, bu barədə M. Pezeşkian "X"dəki hesabında yazıb.
"Söhbət zamanı vurğuladım ki, bu dəhşətli müharibəni İran başlatmayıb", - o telefon danışığının təfərrüatını açıqlayıb. Pezeşkian əlavə edib ki, ölkənin işğaldan müdafiə olunmaq hüququ var.
İran Prezidentinin sözlərinə görə, ABŞ-nin bölgədəki bazalarından İrana hücumlar dayandırılmalıdır, çünki bu, Tehranın qonşu ölkələrlə münasibətlərinə mənfi təsir göstərir:
"ABŞ və İsrailin hücumları dayandırılmadan regionda sülh və sabitliyə nail olmaq mümkün deyil. İran İslam Respublikası təslim olmayacaq. Biz qlobal ictimaiyyətin bu hücumları qınamasını gözləyirik. Yalan məlumatlar əsasında müharibəyə başlamaq XXI əsrə yox, orta əsrlərə aid addımdır".
Onun sözlərinə görə, İrana təhlükəsizlik zəmanətlərini verilənə qədər müharibə davam edəcək.
Qeyd edək ki, prezidentlərin telefon danışığı martın 16-da gecə saatlarında olub.
In my conversation with the president of France, Emmanuel Macron, I emphasized that Iran did not begin this atrocious war. Defending against invasion is a natural right, in which we are good at.
— Masoud Pezeshkian (@drpezeshkian) March 16, 2026
1/5
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
İlham Əliyev Kopenhagendə Emmanuel Makronla görüşüb
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













