Avstraliyanın Əfqanıstanda müharibə cinayəti törətməkdə ittiham olunan keçmiş əsgəri azadlığa buraxıldı
Avstraliyanın Əfqanıstanda hərbi xidmət zamanı müharibə cinayətləri törətməkdə ittiham olunan, ölkənin ən çox ordenli keçmiş hərbçisi Ben Roberts-Smith zaminlə sərbəst buraxılıb.
BAKU.WS xəbər verir ki, Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, 47 yaşlı keçmiş xüsusi təyinatlı hərbçi ötən həftə Sidney Hava Limanında saxlanıldıqdan sonra məhkəməyə çıxarılıb.
Roberts-Smith 2009–2012-ci illərdə Əfqanıstanda xidmət etdiyi dövrdə silahlı şəxsləri öldürməkdə və ümumilikdə beş ayrı "müharibə cinayəti, qəsdən adam öldürmə" ittihamı ilə üzləşir.
Onun vəkilləri işin "misli görünməmiş xarakter daşıdığını" bildirərək, uzunmüddətli məhkəmə prosesində saxlanılmasının ədalətli məhkəmə hüququnu poza biləcəyini iddia ediblər.
Məhkəmə tərəflərin arqumentlərini nəzərə alaraq Roberts-Smitin məhkəmə prosesi davam edərkən zaminlə azad olunmasına qərar verib.
Keçmiş hərbçi Avstraliyanın ən yüksək hərbi mükafatlarından birinin sahibidir və 2013-cü ildə ordudan ayrılıb. O, ölkənin "ən çox təltif olunan keçmiş hərbçisi" kimi tanınır.
Roberts-Smit 2023-cü ildə Əfqanıstandakı xidmət dövrü ilə bağlı yayılan iddialar fonunda bir sıra media qurumlarına qarşı böhtan iddialarında məğlub olub.
Avstraliya Müdafiə Qüvvələri Baş Müfəttişliyi (IGADF) tərəfindən aparılan araşdırmada isə Əfqanıstanda xidmət edən hərbçilərlə bağlı müharibə cinayətləri iddiaları təsdiqlənib. 2020-ci ildə yayımlanan hesabatda 39 Əfqan vətəndaşının öldürüldüyü qeyd olunub.
Oxşar xəbərlər
DSX-nin 270 hərbçisi mənzillə təmin olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Saxlanılan məşhurlar sərbəst buraxıldı
İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Burhanəddin Duran və Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində görüşüblər
-
Bakıda özəl xəstəxanada yeni doğulmuş KÖRPƏ ÖLDÜ
-
Qalibaf Trampın İran-ABŞ danışıqları ilə bağlı açıqlamalarını təkzib edib
-
Melburnda sürücü avtomobili izdihamın üzərinə sürüb, ölən və yaralanan var
-
BMT: Livan qaçqınlarının bir qismi evlərinə qayıdıb
-
"Azsamand" hasara çırpıldı, sürücü xilas edildi - ANBAAN VİDEO













