Bakıda bu ərazidə yeni metro stansiyası tikilir?
Şəhərin mərkəzində hasarlanmış metropoliten ərazisi diqqət çəkir. Ərazidə yaşayan sakinlər burada yeni stansiyanın tikiləcəyini iddia edirlər.
Far.Az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Yasamal rayonu, Cabbar Qaryağdıoğlu küçəsində, metronun "Nizami" stansiyasının yaxınlığında yerləşən qapalı ərazidən gedir.
Araşdırma zamanı məlum olub ki, metronun "Nizami" stansiyasının yaxınlığında həqiqətən də yeni stansiya tikiləcək. Lakin bu, məhz sözügedən qapalı ərazidə deyil. "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, dövlət proqramı çərçivəsində "Nizami" stansiyasına yaxın ərazidə B5 stansiyası inşa olunacaq. Bu stansiya Mərkəzi Parkın altında yerləşəcək və oradan "Nizami" stansiyasına keçid təmin ediləcək.
Qeyd olunub ki, hazırda "Nizami" stansiyasının yalnız bir çıxışı var və eskalatorların təmiri zamanı alternativ çıxış mövcud deyil. B5 stansiyasının tikintisi bu problemi də aradan qaldıracaq.
Məlumata görə, 2030-cu ilədək bənövşəyi xətt üzrə "Nizami" stansiyasına paralel yerləşəcək B5 stansiyasının tikintisinin başa çatdırılması planlaşdırılır. Bununla da stansiyaya əlavə keçid imkanı yaradılacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva Qaradağda yeni parkın açılışında iştirak edib
İlham Əliyev və Mehriban Əliyeva Bakıda salınan yeni parkın açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Milli Məclis WUF13-lə əlaqədar əlavə sazişi ratifikasiya edib
-
"People" jurnalının "ən gözəl məşhuru" siyahısı: illər üzrə qaliblər
-
Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlıq müzakirə edilib - YENİLƏNİB
-
Sumqayıtda zəncirvari qəza olub, xəsarət alanlar var
-
Zakir Həsənov italiyalı həmkarı ilə görüşüb və Qafqazda sabitliyi müzakirə edib
-
WUF13 Festivalının axşam proqramlarında dəyişikliklər edilib - YENİLƏNİB













