NDU – Pekin Kimya Texnologiyaları Universiteti əməkdaşlığı yeni mərhələyə qədəm qoyur: Süni İntellekt Mərkəzi yaradılır
Naxçıvan Dövlət Universiteti ilə Pekin Kimya Texnologiyaları Universiteti arasında əməkdaşlıq münasibətlərinin qurulması və inkişaf etdirilməsi məqsədilə rəsmi görüş keçirilib və tərəflər arasında mühüm əməkdaşlıq müqaviləsi imzalanıb.
Görüşdə Pekin Kimya Texnologiyaları Universitetini vitse-prezident Van Fen (Wang Feng), Beynəlxalq Mübadilə və Əməkdaşlıq şöbəsinin direktoru Can Bin (Zhang Bing), Beynəlxalq Təhsil Fakültəsinin dekanı Yan Honq (Yan Hong), Humanitar elmlər və hüquq institutunun rəhbəri Çjen Süyin (Zheng Xiuying) təmsil ediblər.
Müzakirələr zamanı ali təhsil və elmi-tədqiqat sahələrində əməkdaşlığın perspektiv istiqamətləri geniş şəkildə nəzərdən keçirilib. Xüsusilə, universitetlər arasında birgə Süni İntellekt Mərkəzinin yaradılması əsas prioritetlərdən biri kimi ön plana çıxıb. Bununla yanaşı, tələbələrin Pekin Kimya Texnologiyaları Universitetində istehsalat və təcrübə proqramlarında iştirakının təmin olunması, eləcə də həmin universitetin professor-müəllim heyətinin Naxçıvan Dövlət Universitetinə dəvət edilərək tədris prosesində iştirakı məsələləri diqqət mərkəzində olub.
Görüşün yekununda vurğulanıb ki, imzalanan əməkdaşlıq müqaviləsi hər iki ali təhsil müəssisəsi arasında elmi, akademik və innovativ fəaliyyətlərin inkişafına, beynəlxalq təcrübə mübadiləsinin genişlənməsinə və yüksək ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılmasına mühüm töhfə verəcək.
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
IAA ilə Azərbaycanın avtomobil bazarı yeni mərhələyə qədəm qoyur
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Elvin Kazımov Tailandda muaytay yarışında birinci yerə çıxıb
-
Ernesto Qusman: Kuba suverenliyə hörmət əsasında ABŞ ilə dialoqa hazırdır
-
Mahir Məmmədov: "Baku Open 2026" Beynəlxalq Şahmat Festivalına rekord sayda iştirakçı qatılıb"
-
Nepalda "Jeep"in uçurumdan düşməsi nəticəsində 17 nəfər ölüb
-
"Nar" beynəlxalq sosial təşəbbüsə tərəfdaş oldu
-
Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri Çinə baş tutacaq













