BTQ Cenevrədə Fransanın müstəmləkəçilik siyasətinin ifşasına həsr olunan konfrans keçirəcək
BMT-nin Cenevrə ofisində İnsan Hüquqları Komitəsinin davam edən (İHK) 142-ci sessiyası çərçivəsində oktyabrın 22-də Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Pakt və Fransız Müstəmləkəçiliyinin Nəticələri” adlı beynəlxalq konfrans keçiriləcək.
"Far.Az" xəbər verir ki, tədbirdə Fransa və Niderlandın əsarəti altında olan ərazilər – Martinik, Yeni Kaledoniya, Qvadelup, Bonaire, Sen-Martin, Fransız Polineziyası, Mayot, Fransız Qvianası, Korsika, həmçinin Qayanadan parlamentarilər, qeyri-hökumət təşkilatlarının və siyasi partiyalarının rəhbərləri, ekspertlər, elm xadimləri, beyin mərkəzlərinin tədqiqatçıları, habelə bir sıra ölkələrin BMT-nin Cenevrə bölməsində akkreditə olunmuş diplomatları iştirak edəcək.
Konfransda Afrika xalqlarının hüquqları uğrunda mübarizə aparan tanınmış fəal, “Urgences Panafircanistes” Kemi Sebanın da iştirakı planlaşdırılır.
Tədbirin məqsədi Fransa və Niderland tərəfindən aparılan müstəmləkə siyasətinin yaratdığı sosial, siyasi və ekoloji təsirlərini müzakirə etmək və beynəlxalq ictimaiyyəti dekolonizasiya prosesinə dəstək verməyə çağırmaqdır. Xüsusilə, müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması və ədalətli bir gələcəyin qurulması üçün beynəlxalq hüquq prinsiplərinə uyğun həll yollarını tapmaq əsas vəzifələr sırasındadır.
Konfransda Fransa müstəmləkələrinin tarixi və mövcud təsirləri ilə yanaşı, iqtisadi asılılıq, sosial hüquqların pozulması və ekoloji problemlər ətraflı şəkildə müzakirə olunacaq.
Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın tətbiqi və onun müstəmləkə ərazilərində hüquq bərabərliyinin təmin olunmasına təsirləri tədbirin əsas mövzuları sırasında yer alacaq. Bu platforma, həmçinin, müstəmləkə əsarətində qalan xalqların səsi olmaq, onların suverenlik hüquqlarını müdafiə etmək və beynəlxalq hüququn tələbləri əsasında dayanıqlı və ədalətli bir gələcək qurulması üçün dialoq mühiti yaratmağı hədəfləyir.
Oxşar xəbərlər
BTQ Beynəlxalq Frankofoniya Təşkilatını Fransanın törətdiyi cinayətlərə diqqət yetirməyə çağırıb
BTQ-nin icraçı direktoru Yeni Kaledoniyada Fransanın konstitusional dəyişiklik etmək istəyini pisləyib
Fransasayağı demokratiya – Martinikdə soyqırımı həyata keçirilir - ŞƏRH
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Kemi Seba: COP29 Afrikanın ekoloji problemləri ilə yanaşı neokolonializmin müzakirəsi üçün mühüm platforma olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Livanda "Hizbullah"ın beş üzvü dövlət təhlükəsizliyinə təhdiddə ittiham olunub
-
Qızılın qiyməti ötən ilin sentyabrından sonra ilk dəfə 3 650 dollardan aşağı düşüb
-
"Anthropic"in səhmləri "Nasdaq"da ticarətin ilk günündə 17 % artıb
-
XİN: Tbilisidə baş vermiş faciəvi partlayış xəbərindən dərin kədər hissi keçiririk
-
Uitkoff Berlində Avropa liderləri ilə görüşü məhsuldar adlandırıb
-
"DOST to DOST" layihəsi çərçivəsində könüllülərin İsmayıllıya infoturu təşkil olunub













