Kallas: Aİ İranla atəşkəsin Livana da şamil edilməli olduğuna inanır
Avropa İttifaqının xarici işlər nazirləri hesab edirlər ki, İran ətrafında atəşkəs İsrailin indiyə qədər qoşunlarını geri çəkməkdən imtina etdiyi Livana da şamil edilməlidir.
"Far.Az" xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Lüksemburqda baş tutan Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.
"Əlbəttə ki, biz Livandakı vəziyyəti müzakirə etdik və nazirlər atəşkəsin Livana da şamil edilməli olduğunu təsdiqlədilər", - deyə o bildirib.
Kallas həmçinin təsdiqləyib ki, Aİ ölkələri İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirə qarşı sanksiyalar tətbiq edə bilməzlər, çünki bu barədə konsensus mövcud deyil.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ben Affleklə Cennifer Lopez yenidən eşq yaşayır?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













