Vens İrana qarşı əməliyyatın genişləndirilməməsi ilə bağlı Trampın yaxın çevrəsində narazılıq edib
ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinin bəzi üzvləri Vaşinqtonun İrana qarşı hərbi əməliyyatının məqsədlərini genişləndirməməsindən narazı qalıblar.
"Report"un məlumatına görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens bu açıqlamanı İsveçrənin Bürgenştok şəhərində Amerka və İran arasında anlaşma memorandumunun həyata keçirilməsi ilə bağlı danışıqları şərh edərkən verib.
Vensin sözlərinə görə, əməliyyatın məqsədlərini genişləndirməyi təklif edən ABŞ administrasiyasının müttəfiqlərindən də tənqidlər gəlib.
"Prezident Donald Tramp qarşımızda aydın məqsəd qoyub: onların ənənəvi silahlarının məhvi, onlara güc nümayiş etdirmək qabiliyyətini verməkdən imtina və heç vaxt nüvə silahına sahib olmamalarını təmin etmək. Lakin bəziləri "Bu, yaxşıdır, amma sizin fərqli bir məqsədiniz olmalıdır" deməyə çalışıblar", - deyə vitse-prezident Kaliforniyanın Yorba Linda şəhərindəki Riçard Nikson Kitabxanasında çıxışında bildirib.
Onun fikrincə, Trampın bu cür çağırışlara təslim olmaqdan imtina etməsi əməliyyatın uğurunun səbəblərindən biri olub.
Vens əlavə edib ki, iş hələ bitməyib, amma indiyə qədər hər şey yaxşı gedir.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ceyhun Bayramov Vatikan Apostol Kitabxanasında olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başa çatıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Fransanın şimalında quş qripi ocağı aşkarlanıb
-
ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyalar siyahısını genişləndirib
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb













