Nazirlik: İxtioz və bullyoz epidermolizun müalicəsində istifadə olunan dərmanların molekulyar tərkibi dəyişməyib
İxtioz və bullyoz epidermoliz xəstəliklərinin (genetik qüsurlar nəticəsində yaranan dəri zədələnməsi) müalicəsində istifadə olunan dərman preparatlarının molekulyar tərkibi dəyişməyib.
Bu barədə uşaqlara verilən bahalı dərmanların ucuz və keyfiyyətsiz tərkibdə dəyişdirilməsi iddiaları ilə bağlı Səhiyyə Nazirliyindən "Report"un sorğusuna cavabda bildirilib.
Qeyd olunub ki, bu səbəbdən həmin dərmanların uşaqlara mənfi təsiri istisnadır:
"Səhiyyə Nazirliyinin mütəxəssisləri dəfələrlə valideynlərlə bu barədə söhbətlər aparıb və onlara dərmanların tərkibinin dəyişməməsini təsdiq edən beynalxalq standartlara əsasən klinik protokollar barəsində məlumatlar veriblər. Zəruri dərman preparatları və ləvazimatları alınaraq, davamlı olaraq TƏBİB-in istifadəsinə verilir".
Məlumata görə, hazırda xəstələrin reyestri yaradılıb, TƏBİB-in tabeliyində olan Uşaq Dəri-Zöhrəvi Dispanseri və Respublika Dəri-Zöhrəvi Mərkəzində qeydiyyatda olan xəstələrin dispanserizasiyası keçirilib.
Bildirilib ki, dispanserizasiyadan keçən xəstələrə reseptlər yazılıb və imtiyazlı qaydada TƏBİB-in tabeliyində olan 9 nömrəli şəhər poliklinikasının aptekindən təminatı həyata keçirilir:
"Proqrama əsasən Komissiya bu xəstəliklərin müalicəsi və profilaktikası işinin təşkili məqsədilə dərman preparatlarının tərkibi, illik miqdarı, habelə istifadəsi barədə hər ilin sonunda Səhiyyə Nazirliyinə hesabat təqdim edilir. Nazirliyə müvafiq tədbirlər proqramında nəzərdə tutulan işlərin həyata keçirilməsinin yalnız əlaqələndirilməsi və icra vəziyyəti barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verilməsi tapşırılıb".
Xatırladaq ki, bir qrup valideyn bu gün Səhiyyə Nazirliyinin binasının qarşısında yuxarıda qeyd olunan xəstəlikdən əziyyət çəkən uşaqlara verilən bahalı və keyfiyyətli dərmanların dəyişdirilərək daha ucuzları ilə əvəz olunmasına görə etiraz edib.
Oxşar xəbərlər
Bakıda COP29-un Liderlər Sammitinin iştirakçılarının qarşılanma mərasimi keçirilib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Klassik avtomobillərin yürüşü və sərgisi keçirilib
İlham Əliyev V “ADEX-2024” və “Securex Caspian” sərgiləri ilə tanış olub - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Türkmənbaşı şəhərində Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclası keçirilib
-
Bərdədə xəstənin əməliyyat nəticəsində ölməsində təqsirli bilinən həkimə hökm oxunub
-
Premyer Liqa: VII turun açılış oyununda "Kəpəz" "Araz-Naxçıvan"ı məğlub edib
-
Tokayev: Azərbaycanın Xəzər dənizinin dayazlaşması ilə bağlı təşəbbüsünü dəstəkləyirik
-
Prezident İlham Əliyev: Xəzər dənizini sülh, sabitlik və konstruktiv tərəfdaşlıq məkanı kimi qorumaq vacibdir
-
İtkin düşmüş şəxslərlə bağlı beynəlxalq konfransın iştirakçıları Şuşada olublar













