Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb
Far.Az xəbər saytı

Şagirdlərin elektron yerdəyişməsinə başlanılıb


Bu gün saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktivdir.   Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.

Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

Oxşar xəbərlər

ADY Bakı–Balakən–Bakı marşrutu üzrə minimum qiymətləri açıqlayıb
Sabah şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq
Bu tarixdə şagirdlərin yerdəyişməsi prosesi dayandırılacaq
Bu gün şagirdlərin yerdəyişməsi dayandırılır
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər