Nazirlikdən əhaliyə MÜRACİƏT - Əyninizi havaya uyğun geyinin
Far.Az xəbər saytı

Nazirlikdən əhaliyə MÜRACİƏT - Əyninizi havaya uyğun geyinin


Səhiyyə Nazirliyi qarşıdan gələn bayram və istirahət günlərində yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə əhaliyə müraciət edib.

Nazirlikdən BAKU.WS-ə verilən məlumata görə, yaz mövsümünün gəlişi ilə əlaqədar havaların qeyri-stabit keçməsi və bununla bağlı bütün respirator xəstəliklərin, həmçinin mövsümi qrip hallarının artması müşahidə edilə bilər.

Müraciətdə qeyd olunub ki, bu il Novruz və Ramazan bayramlarının eyni vaxta təsadüf etməsi səbəbindən, növbəti həftələrdə bayram şənliklərinin və digər kütləvi tədbirlərin təşkil olunması gözləniləndir:

"Bununla yanaşı, hazırda əhali arasında əksər insanların oruc tutması ilə əlaqədar gündəlik qida rejiminə fərqli qaydada riayət olunur. Belə ki, iftar zamanı həddən artıq qida qəbulu və ya müxtəlif qidaların eyni zamanda və ya ard-arda qəbul edilməsi insan orqanizminə öz təsirini göstərir".

Nazirlik ölkə əhalisinin sağlamlığının qorunması, qida pozuntuları ilə bağlı müxtəlif xəstəliklərin baş verməsi, eyni zamanda yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə qarşıdan gələn bayram və istirahət günlərində kütləvi tədbirlərdə və insanların sıx toplaşdığı məkanlarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə və əl gigiyenasına riayət etməyi, qida qəbuluna diqqət yetirməyi, gündəlik qidalanma rejiminə bol vitaminli ərzaqları daxil etməyi tövsiyə edib.

"Eyni zamanda, yaz mövsümünda havaların dəyişkən keçməsini nəzərə alaraq, üst geyimlərinin fəsil və hava şəraitinə uyğunlaşdırılması məsləhətdir",- məlumatda vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ramazan ənənələri keçmişdən bu günə - Müxtəlif bölgələrdə Ramazan ayı necə qeyd olunur?
Səhiyyə Nazirliyi əhalini qrip əleyhinə vaksinasiyaya çağırıb
Səhiyyə Nazirliyi yeni yayılan respirator virusla bağlı açıqlama verib
Uşaqlar oruc tuta bilərmi?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər