Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
Lerik rayonunda İran vətəndaşından 10 kiloqram narkotik əldə etməkdə şübhəli bilinən şəxs həbs olunub.
Bu barədə "Far.Az"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, tədbirlərlə əvvəllər məhkum olunmuş 25 yaşlı Vüsal Abdullazadə saxlanılıb. Ondan ümumilikdə 10 kiloqram marixuana, heroin və metamfetamin, əlavə olaraq 50 ədəd metadon həbi aşkarlanıb. Araşdırmalarla onun narkotikləri şəxsiyyəti araşdırılan İran vətəndaşından əldə etdiyi, maddi qazanc və narkotik vasitə müqabilində deyiləcək ünvanlara çatdırmağa razılaşdığı müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə V.Abdullazadə barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.
Oxşar xəbərlər
Lerikdə saxlanılan narkokuryerdən 10 kq narkotik aşkarlanıb
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Ağsuda narkokuryerlik edən qadından 3.5 kq marixuana götürülüb
Külli miqdarda narkotikin dövriyyəsinin qarşısı alınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
NYT: Tehran müharibədən əvvəlki raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb













