DİN: Kəlbəcərdə heyvan cəsədlərinin görüntüləri ilə bağlı araşdırma başlanıb
Kəlbəcərdə ölmüş heyvanların sosial şəbəkələrdə yayılmış görüntüləri ilə bağlı araşdırma başlanıb.
Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, sözügedən görüntü ilə bağlı Kəlbəcər Rayon Polis Şöbəsində müvafiq araşdırma başladılıb:
"İlkin baxış zamanı ərazidə hər hansı bir ov izi aşkarlanmayıb. Müvafiq ekspertiza təyin olunub, ekpertizanın rəyindən sonra heyvanların hansı səbəbdən tələf olması məlum olacaq".
Həmçinin, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov "Far.Az"a bildirib ki, Kəlbəcər rayonunda dağ keçilərinin vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyinin Kəlbəcər rayon Polis şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılır.
Oxşar xəbərlər
PA-nın Vətəndaş Qəbulu Mərkəzində sentyabrda vətəndaşların qəbulu cədvəli açıqlanıb
Qiymət çox ucuz olsa da alıcıdan çox satıcı var - Heyvan bazarından
DETX: Şuşadan Laçına gedən yolda bulağın ətrafının zibilliyə çevrilməsi barədə yayılan görüntülər araşdırılıb - FOTO
Gəncədə “Mehriban xanım Əliyeva: humanizmin və xeyriyyəçiliyin hamisi” adlı kitabın təqdimat mərasimi keçirilib
COP29 Məlumat Mərkəzində “Ekoloji təmiz həyat tərzinə keçid” adlı tədbir keçirilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Merve Özbey səhnədən yıxıldı - Qolu sındı
-
Pensiya və təqaüdlərin ödəniləcəyi tarix açıqlandı
-
UEFA Millətlər Liqası: Türkiyə İtaliya, Fransa isə Belçika ilə üz-üzə gələcək
-
Emin Hüseynov: "Ağdam yenidən Azərbaycanın aqrar mərkəzlərindən birinə çevrilir"
-
Bakıda məktəbin qarşısında 18 yaşlı gənc öldürüldü: Saxlanılan var
-
Mahir Məmmədov FIDE prezidenti Timur Turlovla əməkdaşlığı müzakirə edib













