İsrail əməliyyat başlayandan bəri ilk dəfə İranın şimalına zərbə endirib
İsrail Müdafiə Qüvvələri (İMQ) ilk dəfə olaraq İranın şimal hissəsindəki hədəflərə zərbələr endirməyə başlayıb.
"Far.Az" xəbər verir ki, bu barədə İMQ-nin mətbuat xidmətindən bildirilib.
"İsrailin Hərbi Hava Qüvvələri Hərbi Dəniz Qüvvələri ilə İsrail Müdafiə Qüvvələrindən alınan kəşfiyyat məlumatlarına əsaslanaraq "Şir nərəsi" əməliyyatı dövründə ilk dəfə İranın şimalındakı hədəflərə zərbələr endirməyə başlayıb", - məlumatda qeyd olunub.
Bununla belə, Xəzər dənizi sahilində ən böyük olan eyniadlı limanın yerləşdiyi Bəndər-Ənzəli şəhər administrasiyasının nümayəndəsi obyektin zərbələrə məruz qaldığını təsdiqləyib, onun sözlərini "Tasnim" agentliyi yayıb.
Amerika və İsrail silahlı qüvvələrinin hədəfləri gömrük idarəsinin binası, eləcə də bir sıra digər obyektlər olub.
"Gömrük xidmətinin baş idarəsi, gəmiçilik şirkətinin inzibati binası, eləcə də liman infrastrukturunun bir neçə obyekti raket zərbəsinə məruz qalıb", - meriya rəsmisi bildirib.
"Dəymiş ziyanın miqyası hazırda müəyyənləşdirilir", - deyə o dəqiqləşdirib. Zərbələr nəticəsində ölənlər və ya yaralananlar barədə məlumat daxil olmayıb.
Oxşar xəbərlər
Sumqayıtda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Dərnəgüldə yanan obyektin malları daşınır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu













