Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı: 67 minlik dələduzluq iddiası
Türkiyə vətəndaşı Metin Şare Azərbaycanda dələduzluqla üzləşdiyini iddia edir.
O, Baku TV-yə bildirib ki, evlənmək məqsədilə tanış olduğu qadına və onun yaxınlarına ümumilikdə 67 min manata yaxın pul göndərib.
49 yaşlı Metin Şarenin sözlərinə görə, qadının istəyi ilə müxtəlif şəxslərin adına pul köçürüb, daha sonra isə Azərbaycana gəlib.
"Evimi, maşınımı satıb Azərbaycana gəldim. Almağım üçün bir ev göstərdilər, 23 min manata razılaşdıq. Pulları aldıqdan sonra isə dedilər ki, ölkədən çıx get, yoxsa səni deportasiya etdirəcəyik. 20 gündür acam, küçələrdə qalmışam", - deyə o bildirib.
Qarşı tərəf isə ittihamları qəbul etmir. Ayşə Orucova bildirir ki, Metin Şare birlikdə yaşadıqları müddətdə xərclədiyi pulu geri istəyir və onu təhdid edir.
"Azərbaycana gələndən sonra evdə mənə bıçaq çıxardı, barmağım kəsildi. Məni dəfələrlə təhdid edib, xərclədiyi pulları geri istəyib. Deyir ki, hamısını qaytarmasan, səni öldürəcəyəm, evini yandıracağam", - deyə ittiham olunan şəxs söyləyib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, Metin Şare tanışı olan qadın tərəfindən pulunun mənimsənildiyi barədə polisə müraciət edib. Daha sonra isə qarşı tərəfin ona 1300 manat qaytardığını və artıq şikayətçi olmadığını bildirib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
122 minlik çantası, 220 minlik libası, 500 minlik evi ilə gündəm olan MƏŞHURLAR - SİYAHI
Lökbatanda anbarda GÜCLÜ YANĞIN - Kəmaləddin Heydərov hadisə yerinə gəldi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
NYT: İran raket obyektlərinin mütləq əksəriyyətinə çıxışını qoruyub saxlayır
-
Sumqayıtda keçirilən WUF13 Festivalının ictimai proqramına altı mindən çox sakin qatılıb - YENİLƏNİB
-
"Real"ın prezidenti vəzifəsinə növbədənkənar seçkilər keçiriləcək
-
ABŞ HDQ-nin qərargah rəisi Hörmüz boğazının minalardan təmizlənməsi üçün şərti açıqlayıb
-
Azərbaycan və Pakistan qlobal gündəmə aid məsələləri müzakirə edib
-
"Mercedes-Benz" Berlindəki bütün avtosalonlarını kanadalı iş adamına satıb













