Ərdoğan: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəkləyirik
Far.Az xəbər saytı

Ərdoğan: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəkləyirik


Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması üçün ortaya qoyulan bütün səyləri dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "3+3" regional platforması üzrə növbəti toplantı çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, İranın xarici işlər naziri Abbas Əraqçi və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanı qəbul edərkən deyib.

O bildirib ki, regionda baş verən hadisələr həmrəyliyin gücləndirilməsini zərurətə çevirir.

Türkiyə liderinin sözlərinə görə, rəsmi Ankara regional problemlərin dialoq yolu ilə həlli üçün yaradılan "3+3" platformasını əhəmiyyətli hesab edir: “Cənubi Qafqazdakı durumun davamlı sülh istiqamətində dəyişməsini sevindirici hal hesab edirik”.

R.T.Ərdoğan, həmçinin Yaxın Şərqdəki durum barədə də danışıb: “Atəşkəsin təmin olunmadığı hər gün bizi regional müharibəyə daha çox yaxınlaşdırır”.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Yaxın Şərq "düyünü": Müharibə genişlənir, üçüncü dünya savaşı ehtimalı artır - TƏHLİL
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
İranın Zəngəzur yolu iddiası – Tehran Moskvaya qarşı - ŞƏRH

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər