Kiyev sakini olan azərbaycanlı Rusiyanın raket hücumu haqqında: Hər tərəfdə xaos idi
Ukraynada tammiqyaslı müharibə bir çox ailələrin həyatını kəskin dərəcədə dəyişib.
"Report"un Şərqi Avropa bürosu xəbər verir ki, onlardan biri də əslən azərbaycanlı, Ukrayna vətəndaşı İlyas Talıbovdur.
Kiyevdə 30 ildən çox yaşayan İ.Talıbov avtomobil təmiri ilə məşğuldur.
Rusiyanın Ukraynanın paytaxtını davamlı raket və dron atəşinə tutması nəticəsində İ.Talıbovun evi və digər əmlakı ciddi zərər görüb:
"Zərbələrin birində övladım yaralanıb. Ukrayna vətəndaşı olduğuma görə, işim və mülküm burda olduğu üçün ölkəni tərk etmirəm. Amma son zərbələr səbəbindən ailəmi Ukraynadan çıxarmışam".
İ.Talıbod danışıb ki, özü də belə bir zərbələrdən sonra təsadüfən sağ qalıb:
"Gecə saat 3 idi. Həyəcan siqnalı, ardınca partlayışlar başladı. Biz artıq aşağıda sığınacaqda idik. Mən tez yola çıxıb, burada saxladığım maşınlardan birini binaların arasına çəkmək istədim. Maşına çatanda güclü partlayış eşitdim. Tez maşınla çəpərin arasına uzandım. Elə bu an üstümdə partlayış oldu. Sonra bildim ki, 20-25 metr hündürlükdə üzərimdə raketi zərərsizləşdiriblər. Qəlpələri yan yörəmə, qalığı binanın arxasına düşdü. Özümü itirmişdim. Prospekt boyu benzin axırdı, bütün maşınlardan yanacaq sızırdı. Binalardan biri yanırdı. Hamı qorxu içində idi, işıqlar söndürülmüşdü, hər tərəfdə xaos idi".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ "Megaspeed"ə qarşı ixrac məhdudiyyətləri tətbiq edib
-
Qətər ABŞ və İranla danışıqların bərpası üzərində işləyir
-
"Yonhap": Naməlum təyyarə Cənubi Koreyanın hava məkanını pozub
-
AMB süni intellektin idarə olunması üçün metodoloji rəhbərlik hazırlayır
-
WP: FTB rəhbərinin müavini istefa verəcək
-
Hicran Hüseynova: 44 günlük müharibə Azərbaycan analarının verdiyi tərbiyəni göstərdi













