Norveç vətəndaşlığını almaq çətinləşdirilir
Far.Az xəbər saytı

Norveç vətəndaşlığını almaq çətinləşdirilir


Norveç dövləti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirməyi nəzərdən keçirir.

"Report"un məlumatına görə, bu barədə Norveçin Əmək və Sosial İnklüzivlik Nazirliyi xəbər yayıb.

Məlumata görə, "Vətəndaşlıq haqqında" qanunda bir sıra dəyişikliklər edilə bilər.

Buraya vətəndaşlıq almaq istəyənlər üçün yaşayış müddəti tələbinin üç ildən yeddi ilə qədər artırılması, eləcə də vətəndaşlığı olmayan şəxslər üçün Norveç dili biliyi tələblərinin sərtləşdirilməsi daxildir.

Bundan başqa Norveçdə anadan olmuş və ya uşaq ikən ölkəyə gəlmiş vətəndaşlığı olmayan şəxslərdən dövlət ərazisində ən azı beş il yaşamaq tələb olunacaq, yerli sakinlə evli olan və ya birlikdə yaşayan ərizəçilər üçün də yaşama müddəti uzadılacaq.

Vətəndaşlığı olmayan şəxslər üçün Norveç dilində şifahi bilik tələbinin A2 səviyyəsindən B1 səviyyəsinə (18-67 yaş arası şəxslər üçün) qaldırılacağı müəyyən edilib. Eyni zamanda, vətəndaşlıq almaq prosedurlarının, xüsusən də müxtəlif qruplar üçün yaşayış müddəti tələblərinin sadələşdirilməsi təklif olunur, lakin ümumilikdə qaydaların sadələşdirilməsi də zəruridir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Evli iş adamı ilə eşq yaşayan və hazırda ektrasens olan MÜĞƏNNİNİN HEKAYƏSİ
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər