Rusiya XİN Putin Bakıda olarkən Ermənistanın atəşkəsi pozmasına münasibət bildirib
Rusiya XİN Vladimir Putin Bakıda dövlət səfərində olan gün Ermənistanın Naxçıvan istiqamətində atəşkəsi pozmasına münasibət bildirib.
Far.Az-nın Moskva müxbiri xəbər verir ki, Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə qeyd edib ki, Rusiya və Azərbaycan prezidentləri Bakı və İrəvanın barışması məsələsini ətraflı müzakirə ediblər.
“Prezidentlər birgə mətbuat konfransında bu məsələnin üzərində ətraflı dayanıblar. Bizim bu trekdə bütün səylərimiz Bakı və İrəvanla strateji münasibətlərimizin ruhuna cavab verir. O ki qaldı, Ermənistan-Azərbaycan sərhədində gərginliyin mümkün artmasına, biz İrəvan və Bakını müntəzəm olaraq təmkinli olmağa, vəziyyəti gərginləşdirəcək addımlardan çəkinməyə, bütün mübahisəli məsələləri istisnasız olaraq sülh, siyasi və diplomatik yolla həll etməyə çağırırıq”.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib
Ermənistanın nicatı Bakı və Ankara ilə münasibətlərin normallaşmasından keçir - ŞƏRH
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2 - FOTO
Azərbaycan və Rusiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.05.2026)
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb - YENİLƏNİB
-
San-Pauloda baş verən partlayış yaşayış binalarına ziyan vurub
-
Metroda YENİLİK! Boş vaqonları öncədən GÖRƏCƏKSİNİZ
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (12.05.2026)













