Zaxarova: Ermənistan Zəngəzurdan keçən kommunikasiyalara Rusiya sərhədçilərinin nəzarətindən imtina edib
“İrəvanın günahı başqalarının üzərinə atmasının daha bir nümunəsi, indiki halda Rusiyanın…”
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə Ermənistan XİN-nin Sergey Lavrovun Bakıda “Ermənistan 10 noyabr üçtərəfli razılaşmasını sabotaj edir” açıqlamasına şərhinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, Ermənistan üçün əsas öz uğursuzluqlarına görə başqalarını günahkar çıxarmaqdır.
Zaxarova 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini bir daha Ermənistan tərəfinə xatırladıb. Bildirib ki, kommunikasiyaların açılması üçün görülən böyük iş “İrəvanın sərhəd nəzarəti məsələlərində qeyri-bərabərliyi və Rusiya sərhədçilərinin Ermənistan və Azərbaycan tərəfində olmasını təkid etdiyi üçün dayanıb”.
Rusiya XİN sözçüsü vurğulayıb ki, beləliklə, İrəvan Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidməti tərəfindən nəqliyyat axınına nəzarətdən imtina edib və faktiki olaraq işçi qrupda iştirakını dondurub.
Oxşar xəbərlər
Azad edilmiş ərazilərin bərpası: xarabalıqdan dirçəlişə doğru - Təhlil
XİN: Ermənistan Zəngəzur dəhlizində nəqliyyat axınına Rusiya FTX-nın nəzarətindən imtina edib
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Rusiya XİN Putin Bakıda olarkən Ermənistanın atəşkəsi pozmasına münasibət bildirib
“Mənim Səsim” Seçki Monitorinq Koalisiyası aralıq hesabatını təqdim edib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.05.2026)
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb - YENİLƏNİB
-
San-Pauloda baş verən partlayış yaşayış binalarına ziyan vurub













