"Bandotdel"dən ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO/VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin ("Bandotdel") əməkdaşları paytaxt ərazisində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirib.
Bu barədə Far.Az-ə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə 1988-ci il təvəllüdlü Aqşin Əmirov, 1986-cı il təvəllüdlü Aida Nəbiyeva və 1979-cu il təvəllüdlü Ramil Axundov saxlanılıblar. Onlardan ümumilikdə 24 kiloqram, o cümlədən 20 kiloqram psixotrop maddə metamfetamin və 4 kiloqram marixuana aşkarlanıb. A.Əmirov, A.Nəbiyeva və R.Axundov sosial şəbəkələrdə tanıdıqları şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları vasitəsilə narkotikləri əvvəlcədən müəyyənləşdirilən yerlərdən götürərək maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırıblar.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Baş idarə əməkdaşları tərəfindən paytaxt və bölgələrdə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Far.AzOxşar xəbərlər
Paytaxtda əməliyyat keçirilib, üç nəfərdə 24 kiloqram narkotik vasitə aşkarlanıb
Bakıda saxlanılan 3 nəfərdən 24 kq narkotik götürülüb
İran vətəndaşından əldə edilən 41 kiloqram narkotik dövriyyədən çıxarılıb, iki nəfər həbs olunub
Bakı və Salyanda 41 kq narkotik dövriyyədən çıxarılıb
Lerikdə İran vətəndaşına narkokuryerlik etməkdə şübhəli bilinən şəxs həbs olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qurban Qurbanov Elvin Cəfərquliyevin cəzalandırılmasından danışdı
-
Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq
-
Cəlilabadda baş verən ağır qəzada bir nəfər ölüb, iki azyaşlı xəsarət alıb
-
Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək
-
NYT: Tehran müharibədən əvvəlki raket arsenalının 70 %-ə qədərini bərpa edə bilər
-
İran mediası: ABŞ HHM sistemlərini İordaniyaya köçürüb














